AZ

“Cabir İmanovun inancını müzakirə etmək tərbiyəsizlikdir”

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Tanınmış aktyor Cabir İmanovun cənazəsindən yayılan görüntülərdən sonra sosial şəbəkələrdə onun vəhhabi qanadına yaxınlığı ilə bağlı iddialar yayılıb.

“Qafqazinfo” xəbər verir ki, millət vəkili Fazil Mustafa yayılan iddialara “Müsavat TV”nin efirində münasibət bildirib:

“Adamın inanc məsələsinə gəlincə, bu, tərbiyəsizliyin bir növüdür. Adam özü elan etmir ki, özüm hansı inancdayam. Hindistanda biri siçana, biri inəyə inanır. Bir azərbaycanlının baxış bucağına görə, bir siçana, inəyə inanmaq qəbul olunmur. Amma Hindistana gedərək, insanları yığsan və desən ki, “sən niyə inəyə inanırsan, tək Allah var”, bu sözlərinə görə səni linç edərlər.

Biz nə zaman inanca qarışa bilirik? Bu inanc cəmiyyətin ictimai asayiş qaydasını pozursa, cəmiyyətdə zorakılığı, təhdidi artıtırsa, terrorizmə sövq edirsə. Bu, ümumi şəkildə bütün inancların içində terrora meyilli, dini qaydaların sərt şəkildə tətbiq olunmasını arzulayan insanlar var. Bu insanlar cəmiyyət üçün təhlükə yaradır.

Təhlükə yaradanda hüquq-mühafizə orqanları konkret addımlar atır. Bu olsun 5 faizi. Amma 95 faiz normal həyatını yaşayır. İbadəti ilə qonşusuna, cəmiyyətinə mane olmur. Bunu sən ibadətinə görə necə yarlıq asa bilərsən? Özü də elan etməyibsə, bunu müzakirəyə çıxarmağa haqqın yoxdur. Bu, tərbiyəsizlikdir. Yüzlərlə insan bomj da ola bilər, alkoqolik də ola bilər. Amma mənim həyatıma təhlükə yaratmadığı müddətcə mən onu təhlükə hesab edə bilmərəm”.

F.Mustafa bildirib ki, cənazə namazını kimin qılmasının məsələyə heç bir aidiyyəti yoxdur:

“Niyə bunu ictimai müzakirəyə çıxarırlar axı? Bu, informasiya deyil. Bu, bilavasitə adam haqqında rəy yaratmaq, onun barəsində xortdan obrazı yaratmaqdır. İndi baxın, vəhhabinin də terrorçusu var, normal ibadət edəni də. Şiənin də arasında həm terrorçu, həm də normal ibadət edən var. Amma normal, mülayim, öz həyatını yaşayan yüz minlərlə dindar insanlar var. İslamda məzhəb və təriqət anlayışına qarşıyam. İslamda bir ad var: müsəlman”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
5
qafqazinfo.az

6Mənbələr