AZ

İran avropalıları bağışladı – MÜHÜM QƏRAR

İranın Hörmüzqan vilayətinin Bəndər Abbas məhkəməsi İsrailin xeyrinə casusluqda ittiham olunan Almaniya və Fransa vətəndaşlarına bəraət verib.

KONKRET.az xəbər verir ki, bu barədə əyalətin baş hakimi Moctaba Qəhrəmani bildirib.

“Prokurorluğun irəli sürdüyü ittihamlara baxmayaraq, məhkəmə iddia edilən cinayətlə bağlı hüquqi prinsipləri və şübhələri nəzərə alaraq, təqsirləndirilən şəxsə bəraət verib”, – Tasnim hakimin sözlərindən sitat gətirib sitat gətirib. Hakimin sözlərinə görə, prokurorun hələ də məhkəmənin qərarından apellyasiya şikayəti vermək imkanı var.

Qeyd olunur ki, Avropa vətəndaşı 12 günlük müharibə zamanı İran hüquq-mühafizə orqanları tərəfindən İsrailin xeyrinə casusluq ittihamı ilə saxlanılıb.

Natiq Səlim
KONKRET.az

Seçilən
16
konkret.az

1Mənbələr