
Avropa İttifaqı rublla ifadə olunan və sanksiyaya məruz qalmış Rusiya subyektlərinə bağlı A7A5 stabilkoininə qarşı sanksiyalar tətbiq edə bilər.
Olaylar xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Sanksiyalar Avropa İttifaqı təşkilatlarının bu tokenlə aparılan əməliyyatlarda birbaşa və ya dolayı iştirakını qadağan edir.
Sənədlərdə həmçinin bildirilir ki, Avropa İttifaqı kriptovalyuta əməliyyatlarının həyata keçirilməsini təmin edən bir sıra Rusiya, Belarus və Mərkəzi Asiya banklarına qarşı məhdudiyyətlər tətbiq etməyi planlaşdırır.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp ABŞ-da rəqəmsal aktivlər haqqında qanun layihəsini imzalayıb. Qanun layihəsi dollarla bağlı stabilkoinlər üçün normativ bazanın yaradılmasını nəzərdə tutur.
İbrahim Məmmədli