AZ

UEFA bu mövsüm yerli oyunların xaricdə keçirilməsinə məcburən razılıq verib

Bakı. Trend:

UEFA, bu mövsüm Serie A və La Liga liqalarının hər birinə biroyunu xaricdə keçirməyə icazə verib.

Trend xəbərverir ki, nəticədə Barselona – Villarreal oyunu dekabrda Mayamidə,Milan – Komo qarşılaşması isə fevralda Avstraliyanın Perthşəhərində keçiriləcək.

UEFA bildirib ki, bu qərar istisna hal kimi qəbul olunur vəgələcək üçün presedent yaratmamalıdır.

Ali futbol qurumunun prezidenti Aleksander Çeferin deyib ki,liqa oyunları doğma torpaqda keçirilməlidir. Əks halda, sədaqətliazarkeşlər kənarda qalır və yarışların ədalətinə xələl gələbilər.

Həmçinin qeyd olunub ki, gələcəkdə milli assosiasiyalar beləmüraciətlər etməzdən öncə qurumla məsləhətləşməlidirlər.

Seçilən
4
1
az.trend.az

2Mənbələr