AZ

III MDB Oyunları: Azərbaycanın voleybol millisi ikinci oldu

GƏNCƏ, 6 oktyabr. TELEQRAF

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunları çərçivəsində keçirilən 17 yaşadək oğlanlar arasında voleybol yarışına yekun vurulub.

Teleqraf-ın Gəncəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Gəncə İdman Sarayında təşkil olunan turnirin final görüşündə Azərbaycanla Belarus yığmaları üz-üzə gəlib.

Qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da Azərbaycan millisi gümüş medalları əldə edib.

Qeyd edək ki, III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Seçilən
56
teleqraf.com

1Mənbələr