AZ

Hakan Fidan: TDT-nin 12-ci Zirvə Görüşünün Qəbələdə keçirilməsi olduqca qürurvericidir

TDT-nin Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün Azərbaycanın Qəbələ şəhərində keçirilməsi olduqca qürurvericidir.

Far.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana səfər edən Türkiyənin xarici işlər naziri Hakan Fidan media nümayəndələrinə müsahibəsində deyib.

O qeyd edib ki, Türk dünyasının belə gözəl şəhərini liderlərə təqdim etmək və onları burada qonaq etmək çox xoşdur.

"Hər güclü dövlət birlikləri inkişaf etdikdə daha güclü təşkilat yaranır. Ona görə də ümid edirəm ki, biz gələcəkdə dünya böhranlarına daha dayanıqlı olan Türk dünyası ilə qarşılaşacağıq. Liderlərimiz bu məsələni sabah Qəbələdə müzakirə edəcəklər", - H.Fidan əlavə edib

Seçilən
17
6
far.az

10Mənbələr