AZ

MDB Oyunlarında voleybolçu oğlanlar arasında mükafatçılar müəyyənləşib

Gəncə, 6 oktyabr, Vüsalə Cənnətova, AZƏRTAC

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında 17 yaşadək voleybolçu oğlanlar arasında mükafatçılar müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, dairəvi sistem üzrə keçirilən yarışda bu gün son oyunlar baş tutub. Gəncə İdman Sarayında keçirilən ilk qarşılaşma Rusiya və Qırğızıstan komandaları arasında olub. Görüş Rusiya millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ardınca meydançaya Azərbaycan və Belarus yığmaları çıxıblar. Bu qarşılaşmada 3:1 hesabı ilə Belarus yığması qalib gəlib.

Beləliklə, oyunların nəticəsinə görə Rusiya millisi 12 xallla (4 qələbə) qızıl, Belarus yığması 9 xalla (3 qələbə) gümüş, Özbəkistan komandası isə 6 xalla (2 qələbə) bürünc medal qazanıb.

Seçilən
70
3
azertag.az

4Mənbələr