AZ

MDB Oyunlarında voleybolçu oğlanlar arasında mükafatçılar müəyyənləşib

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gəncə, 6 oktyabr, Vüsalə Cənnətova, AZƏRTAC

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında 17 yaşadək voleybolçu oğlanlar arasında mükafatçılar müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, dairəvi sistem üzrə keçirilən yarışda bu gün son oyunlar baş tutub. Gəncə İdman Sarayında keçirilən ilk qarşılaşma Rusiya və Qırğızıstan komandaları arasında olub. Görüş Rusiya millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ardınca meydançaya Azərbaycan və Belarus yığmaları çıxıblar. Bu qarşılaşmada 3:1 hesabı ilə Belarus yığması qalib gəlib.

Beləliklə, oyunların nəticəsinə görə Rusiya millisi 12 xalla (4 qələbə) qızıl, Belarus yığması 9 xalla (3 qələbə) gümüş, Özbəkistan komandası isə 6 xalla (2 qələbə) bürünc medal qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
32
3
azertag.az

4Mənbələr