ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Donald Tramp və həyat yoldaşı Virciniya ştatının Norfolk şəhərində ABŞ Hərbi Dəniz Qüvvələrinin 250 illiyinin qeyd olunduğu qala tədbirinə qatılıb.
Globalinfo.az xəbər verir ki, ABŞ-ın birinci xanımının fotosunu “Page Six” nəşr edib.
Melani Tramp ağ köynək, şokolad rəngli dəri gödəkçə, mavi cins şalvar və qara loafer geyimi ilə diqqəti öz üzərinə çəkməyi bacarıb.
Papağı və taxdığı zərgərlik əşyaları görünüşünü tamamlayıb. Makiyaj və boş saçlar isə onu daha da füsunkar edib.
Jurnalistlər qeyd ediblər ki, birinci xanımın geyimi “Top Gun” filmindəki Dəniz Akademiyasının təlimatçısı Şarlotta Çarli Blekvudun simvolik görünüşünü xatırladır.
Əliyar Xəlil
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.