AZ

"Çelsi"nin kapitanı İngiltərə millisindən kənarlaşdırıldı

Bakı. Trend:

İngiltərə milli komandasının heyətində ciddi itki baş verib.

Trend xəbər verir ki,"Çelsi"nin kapitanı Ris Ceyms heyətdən kənarlaşdırılıb. Bu barədəyerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

25 yaşlı sağ cinah müdafiəçisi zədəlidir. Ceymsin əvəzinə başməşqçi Tomas Tuxel milliyə "Mançester Siti"də çıxış edən NikoO'Rayli çağırıb.

Qeyd edək ki, İngiltərə millisi DÇ-2026-nın seçmə mərhələsiçərçivəsində Uels və Latviya ilə qarşılaşacaq.

Seçilən
0
2
az.trend.az

3Mənbələr