AZ

İsrail və HƏMAS arasında danışıqlar başladı

Misirin Şarm əl-Şeyx şəhərində İsrail və HƏMAS nümayəndələri arasında atəşkəsin əldə olunması ilə danışıqlar start götürüb.

“Qafqazinfo” “Bild” nəşrinə istinadən xəbər verir ki, danışıqlarda girovların azad edilməsi məsələsi də müzakirə olunacaq.

Nəşrin mənbələri danışıqları yekun mərhələ kimi qiymətləndirib. Görüşlər ABŞ və Misirin vasitəçiliyi ilə tərəflərin birbaşa təmas qurmadığı formatda keçirilir.

Xatırladaq ki, ABŞ nümayəndə heyətinə Prezident Donald Trampın göstərişi ilə Misirə ezam edilən xüsusi nümayəndə Stiv Uitkoff rəhbərlik edir.

"Cebheinfo.az" 

Seçilən
11
3
cebheinfo.az

10Mənbələr