AZ

“Putin və Zelenski görüşəcəkdi, ancaq o görüşü pozdu” – Arestoviç

“Vladimir Putin və Volodimir Zelenski arasında görüş 2022-ci ilin yazında İstanbulda keçirilməli idi, lakin ləğv edildi”.

Turkustan.az xəbər verir ki, bunu Kseniya Sobçaka müsahibəsində Ukrayna Prezident Aparatının keçmiş müşaviri Oleksiy Arestoviç deyib.

“Zelenski ilə Putin arasında aprelin 9-da (2022-ci il) İstanbulda keçiriləcək görüş ləğv edildi. Bu görüş artıq təyin olunmuşdu. Sadəcə danışıqlar qrupunda olduğum üçün tarixləri bilirdim. Bu, artıq tam qərara alınmışdı. Ancaq Moskva və Kiyev nümayəndələri arasında görüşün pozulması Britaniyanın o vaxtkı baş naziri Boris Consonun müdaxiləsindən sonra baş verib. Bu, Ukraynaya qarşı “cinayət” idi”, – Arestoviç vurğulayıb. /Globalinfo.az/

Seçilən
29
1
turkustan.az

2Mənbələr