AZ

"Trabzonspor"un ukraynalısı Azərbaycanla oyunda olmayacaq

DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Azərbaycanla qarşılaşacaq Ukrayna millisinin heyətində dəyişiklik baş verib.

Operativ Media xəbər verir ki, “Trabzonspor”da çıxış edən Oleksandr Zubkov zədə səbəbindən millidən kənarlaşdırılıb. Bu barədə Ukrayna Futbol Federasiyası məlumat yayıb.

29 yaşlı yarımmüdafiəçinin əvəzinə heyətə “Şaxtyor”dan Oleq Oçeretko dəvət alıb.

Qeyd edək ki, Ukrayna millisi oktyabrın 10-da Reykyavikdə İslandiya, 13-də isə Krakovda Azərbaycanla qarşılaşacaq.

Seçilən
16
operativmedia.az

1Mənbələr