AZ

Ceki Çan məşhur filmini yenidən çəkir - Məkan kimi postsovet ölkəsi seçildi

Məşhur aktyor Ceki Çan "Tanrının yaraqları" franşizasının yeni hissəsini Qazaxıstanda çəkməyə qərar verib.

"Unikal" xəbər verir ki, hazırda filmin süjet təfərrüatları gizli saxlanılır, lakin bütün döyüş filmlərində rol alan əfsanəvi Ceki Çanın öz roluna qayıdacağı dəqiqdir. Bundan əlavə, Çanın çəkiliş yerlərini yoxlamaq və layihəni müzakirə etmək üçün şəxsən Qazaxıstana səfər etdiyi deyilir.

Qeyd edək ki, film sonuncu dəfə 2012-ci ildə ekranlara çıxıb və külli miqdarda gəlir gətirib. 

Seçilən
42
unikal.az

1Mənbələr