“Çelsi”nin müdafiəçisi Ris Ceyms həftəsonu üzləşdiyi zədə səbəbilə İngiltərə millisinin oktyabrdakı oyunlarını buraxacaq.
Sportinfo.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Ceymsin sıradan çıxmasından sonra onun əvəzinə milliyə “Mançester Siti”nin 20 yaşlı futbolçusu Niko Orayli çağırılıb.
O, İngiltərə yığmasında debüt etməyə hazırlaşır. Gənc futbolçu həm sol cinah müdafiəçisi, həm də mərkəz yarımmüdafiəçi mövqeyində çıxış edə bilir.
İngiltərə millisi bu ay iki oyuna çıxacaq. Belə ki, milli komanda oktyabrın 9-da Uelslə yoxlama oyununda, 14-də isə Latviya yığması ilə səfərdə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində qarşılaşacaq.
İngiltərə yığmasına hazırda “Çelsi”nin sabiq çalışdırıcısı Tomas Tuxel rəhbərlik edir.
“Çelsi” UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən biridir.