AZ

Cəmil Həsənli və Eldar Namazov arasında təcili görüş

Milli Şuranın sədri Cəmil Həsənli "El" hərəkatının lideri Eldar Namazovla yaxın dəqiqələrdə görüşəcək. Bu barədə musavat.com-a Milli Şuranın rəhbərliyinə yaxın mənbədən məlumat daxil olub. Məlumatda bildirilir ki, Müsavat Partiyasının Milli Şuradan çıxması birliyin rəhbərində ciddi narahatlıq yaradıb. O, Eldar Namazovu dilə tutacaq ki, "El" hərəkatı Milli Şuradan getməsin.xa0

Məlumatlı mənbə bildirir ki, "El" hərəkatı hələ ötən ilin 30 dekabrında Milli Şuranın İdarə Heyətində təmsil olunmayacağı barədə qərar verib. EL Hərəkatının üzvləri artıq Milli Şuranın fəaliyyətində və həyatında iştirak etmirlər. xa0Onların əksər üzvlərinin istefa verməsi də mümkündür. Lakin bu barədə İdarə heyətinin hələlik qərarı yoxdur.xa0
Seçilən
44
moderator.az

1Mənbələr