AZ

2025 ci il “Nobel Tibb Mükafatı” sahiblərini tapdı

News24 portalından verilən məlumata görə, ain.az xəbər yayır.

2025-ci il Nobel Tibb Mükafatı Mary Brunkow, Fred Ramsdell və Shimon Sakaguchiyə təqdim olunub. Mükafat onların immunitet sisteminin orqanizmin öz hüceyrələrinə zərər verməsinin qarşısını alan mexanizmləri kəşf etdiklərinə görə verilib. Alimlərin bu sahədə apardığı tədqiqatlar tibb elminin inkişafında mühüm mərhələ sayılır.

News24.az xəbər verir ki, araşdırmalar nəticəsində otoimmün xəstəliklərin, yəni bədənin özünə hücum etdiyi xəstəliklərin (şəkərli diabet, qızılca, oynaq iltihabı və s.) səbəbləri daha dərindən anlaşılıb. Bununla yanaşı xərçəngin müalicəsi, orqan köçürülməsi və immunitetlə bağlı xəstəliklərin qarşısının alınması sahələrində yeni üsulların inkişafına da təkan verilib.

Mary Brunkow immun sisteminin öz toxumalarına zərər verməsinin qarşısını alan əsas mexanizmləri izah edən araşdırmaları ilə tanınıb. Fred Ramsdell immun sisteminin tarazlığını qoruma mexanizmlərini öyrənərək bu sahədə elmi yeniliklərə imza atıb. Shimon Sakaguchi isə tənzimləyici T hüceyrələrinin immun sistemindəki rolunu müəyyənləşdirib.

Bu kəşflər təkcə elm dünyası üçün deyil, həm də insan sağlamlığının qorunması baxımından böyük əhəmiyyət daşıyır. Mükafat İsveçin Karolinska İnstitutu tərəfindən təqdim olunub.

Xeyrənsə Piriyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
1
news24.az

2Mənbələr