AZ

Doğum nisbətinin ən aşağı olduğu ölkələrin adları açıqlandı

BAKI, 7 oktyabr. TELEQRAF

2024-cü ilin nəticələrinə əsasən, Malta, Tayvan, Cənubi Koreya və İspaniya dünyada ən aşağı doğum göstəricisinə malik ölkələr arasında lider olub.

Teleqraf xəbər verir ki, Maltada bir qadının bütün reproduktiv dövrü ərzində dünyaya gətirdiyi uşaqların orta sayı 1,06 olub.

İkinci yerdə Tayvan (1,11), daha sonra Cənubi Koreya və İspaniya (hərəsi 1,12) qərarlaşıb. İlk beşliyi Sinqapur (1,17) tamamlayıb.

Ən aşağı doğum göstəricisinə malik ilk onluqda həmçinin Litva (1,18), Polşa (1,20), İtaliya (1,21), Ukrayna (1,22), eləcə də Makao və Honkonq (hər biri 1,24) yer alıb.

Rusiya 1,4 göstərici ilə 30-luq siyahıya daxil olub.

Eyni zamanda, ən yüksək doğum göstəriciləri ənənəvi olaraq Afrika ölkələrində qeydə alınıb. Siyahıya Niger (6,64 uşaq), Anqola (5,7), Konqo Demokratik Respublikası (5,49), Mali (5,35) və Benin (5,34) başçılıq edir.

Seçilən
63
teleqraf.com

1Mənbələr