İllinoys ştatı və Çikaqo şəhəri ABŞ Prezidenti Donald Trampın ştata 300 Milli Qvardiya əsgəri göndərmək qərarına görə prezident administrasiyasını məhkəməyə verib.
Operativ Media xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
ABŞ-nin İllinoys əyalət məhkəməsində qaldırılan iddiada Milli Qvardiya qoşunlarının yeridilməsinin siyasi motivli olduğu iddia edilir. Həmçinin Trampın İllinoys və Çikaqo ilə bağlı dəfələrlə “təhdidedici və alçaldıcı” bəyanatlar verdiyini bildiriblər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta