ÜST qeyd edib ki, hər beş böyüklərdən biri tütün asılılığından əziyyət çəkir. Siaret, qəlyan və çeynəmə tütünü də daxil olmaqla tütün istifadəçilərinin sayı 2000-2024-cü illər arasında azalıb, lakin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada hər beş böyüklərdən biri hələ də tütün asılılığından əziyyət çəkir.
QHT.az xəbər verir ki, təşkilatın 2000-ci ildən 2024-cü ilə qədər tütündən istifadə tendensiyaları haqqında yeni hesabatını elan edən press-relizdə deyilir: "Tütün istifadəçilərinin sayı 2000-ci ildəki 1,38 milyarddan 2024-cü ildə 1,2 milyarda qədər azalıb."
Təşkilat qeyd edib ki, 2010-cu ildən tütündən istifadə edənlərin sayı 120 milyon nəfər azalıb ki, bu da nisbi ifadədə 27% təşkil edir.
Hesabat dünya əhalisinin 97%-ni əhatə edən 2000-dən çox milli sorğunun nəticələrinə əsaslanır. O, ÜST-nin 2025-ci ilə qədər qlobal tütün istehlakının 30% nisbi azaldılması hədəfinə doğru irəliləyişi izləmək üçün tərtib edilmişdir. Təşkilatın məlumatına görə, cari irəliləyiş 27% təşkil edir ki, bu da hədəfdən 50 milyon istehlakçıya azdır.
R.İmanov