Bakı. Trend:
Ortaq dil, tarix və ənənələrə söykənən, Naxçıvan müqaviləsi ilətəməli qoyulan təşkilatımız çərçivəsində siyasi, iqtisadi və mədəniistiqamətlər daxilində 35-dən çox sahədə əməkdaşlıq inkişafedib.
Trend xəbər verir ki, bunuQəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər NazirləriŞurasının toplantısında Azərbaycan Respublikasının xarici işlərnaziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, beynəlxalq qurumlara inamın sarsıldığı dövrdəTDT arasında qardaşlıq və qarşılıqlı etimad əsasında qurulanəməkdaşlıq əlaqələrinin dinamikası hamımız üçün təkcə qürur mənbəyideyil, gələcəyə ümidlə baxmağımıza möhkəm əsasdır: “Bu güntəşkilatımızın daha da gücləndirilməsi üçün üzv dövlətlərintəkliflərini dinləyəcəyik. Prezident İlham Əliyevin təşəbbüsü iləTDT-nin illik Zirvə görüşlərinin sayının 2-yə çatdırılmasıəməkdaşlıq imkanlarımızın çevik, dərin və ətraflı müzakirəsi üçünfürsət yaradıb”.