2024-cü ilin sonuna qədər dünyada doğum səviyyəsi ən aşağı olan ölkələrin adları açıqlanıb.
Editor.az xəbər verir ki, xarici medianın məlumatına görə, siyahıya Malta, Tayvan, Cənubi Koreya və İspaniya başçılıq edir.
Antireytinqin lideri olan Maltada bir qadının bütün reproduktiv həyatı ərzində dünyaya gətirdiyi uşaqların orta sayı cəmi 1,06 olub. İkinci yerdə Tayvan (1,11), üçüncü yerdə isə Cənubi Koreya və İspaniya (hər biri 1,12) qərarlaşıb. İlk beşliyi Sinqapur (1,17) tamamlayır.
Ən aşağı doğum göstəricilərinə malik ilk onluğa həmçinin Litva (1,18), Polşa (1,20), İtaliya (1,21), Ukrayna (1,22), eləcə də Makao və Honq Konq (hər biri 1,24) daxildir.
Antireytinqdə doğum əmsalı 1,4 olan Rusiya isə Yaponiya, Kipr və Norveçdən sonra ilk 30-luqda yer alıb.
Ən yüksək doğum səviyyəsi isə ənənəvi olaraq Afrika ölkələrində qeydə alınıb. Nigerdə bir qadına orta hesabla 6,64 uşaq, Anqolada 5,7, Konqo Demokratik Respublikasında 5,49, Malidə 5,35, Benində isə 5,34 uşaq düşür.
// Gülnarə Abasova, Editor.az