Bakı. Trend:
3 oktyabr 2025-ci il tarixində Azərbaycan KibertəhlükəsizlikMərkəzində (AKM) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) vəAzərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tabeliqurumlarının məsul şəxsləri ilə görüş baş tutub. Görüşdə qurumlarınİnsan Resursları şöbələrinin rəhbər şəxsləri, İnformasiyatəhlükəsizliyi və Kibertəhlükəsizlik üzrə məsul şəxslər də daxilolmaqla 35 nəfərə yaxın qonaq iştirak edib.
Tədbirdə RİNN-in İnsan resurslarının idarə edilməsi şöbəsininmüdiri Renat Rüstəmov və İRİA-nın İnformasiya Təhlükəsizliyidepartamentinin müdiri Şahmar Hacıyəhyayaev açılış nitqləri iləçıxış ediblər.
Tədbirin davamında İRİA-nın İnformasiya Təhlükəsizliyidepartamentinin müdir müavini İlkin Əzizov AKM-in infrastrukturubarədə geniş təqdimatla çıxış edib. Görüş qonaqları maraqlandıransualların cavablandırılması ilə interaktiv formada yekunlaşıb.
Sözügedən görüşün keçirilməsində əsas məqsəd AzərbaycanKibertəhlükəsizlik Mərkəzinin fəaliyyəti, həmçinin Mərkəzin məzunvə tələbələrinin mövcud statusları ilə tanışlıq olub.
Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi,İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İsrailin“Technion” Texnologiya İnstitutu ilə birgə təsis etdiyi AzərbaycanKibertəhlükəsizlik Mərkəzindən indiyədək 380 nəfər məzun olub.Hazırda 6-cı dalğa üzrə 60 tələbə təhsilini davam etdirir.Tələbələr tədris müddətində beynəlxalq mütəxəssislər tərəfindənmüdafiə (Blue Team), hücum (Red Team) və “Purple team” qruplarındamüvafiq istiqamətlər üzrə təlim keçərək kibertəhlükəsizliksahəsində ən qabaqcıl strategiyalar, texnologiyalar və yeniliklərhaqqında praktiki biliklərə yiyələnirlər.