AZ

İsrail HƏMAS danışıqlarının ilk günü başa çatdı Yenilənib

ain.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

Misirin Şarm əl-Şeyx şəhərində İsrail və HƏMAS nümayəndələri arasında atəşkəsin əldə olunması ilə danışıqlar başlayıb.

Hurriyyet.az “Bild” nəşrinə istinadən xəbər verir ki, danışıqlarda girovların azad edilməsi məsələsi də müzakirə olunacaq.

Nəşrin mənbələri danışıqları yekun mərhələ kimi qiymətləndirib. Görüşlər ABŞ və Misirin vasitəçiliyi ilə tərəflərin birbaşa təmas qurmadığı formatda keçirilir.

Xatırladaq ki, ABŞ nümayəndə heyətinə Prezident Donald Trampın göstərişi ilə Misirə ezam edilən xüsusi nümayəndə Stiv Uitkoff rəhbərlik edir.

***

Danışıqların yeni mərhələsinin birinci günü başa çatıb. Məsləhətləşmələrin müsbət atmosferdə keçdiyi bildirilir və bu gün davam etdiriləcəyi gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
1
hurriyyet.az

10Mənbələr