BAKI, 7 oktyabr. TELEQRAF
2025-ci ilin ilk 6 ayı ərzində bank sektorunun cəmi aktivləri 7% artaraq 56.7 mlrd. manat təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov Maliyyə sabitliyi hesabatına həsr olunmuş mətbuat konfransında bildirib.
O qeyd edib ki, cəmi öhdəlikləri isə 7.3% artaraq 49.8 mlrd. manat təşkil edib:
"Hesabat dövründə bank sektorunun aktivlərinin 47%-ni xalis kredit portfeli, 28%-ni likvid aktivlər, 25%-ni isə digər aktivlərdən ibarətdir. Həmçinin, aktivlərin 18%-i qiymətli kağızlardan ibarətdir".