AZ

Atası anasını öldürdü - Onları ayırmaq istəyən 16 oğlu yaralandı

Şəmkirdə baş verən qətlə hadisəsində ərlə arvadı aralamaq istəyən övladları da bıçaq xəsarət alıb.

Modern.az-ın məlumatına görə, xəsarət alan 2009-cu il təvəllüdlü A.Hacıyevdir. Onun vəziyyəti ilə bağlı TƏBİB məlumat yayıb.

Bildirilib ki, 06.10.2025-ci il tarixində saat 17:30 radələrində xəsarət alması səbəbilə 2009-cu il təvəllüdlü (kişi) şəxs Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib. 

Ona sağ əlin 4-cü barmağının və budun arxa səthinin kəsilmiş yarası, sol əlin 4-cü və 5-ci barmağının proksinol nahiyəsinin didilmiş-cırılmış yarası diaqnozu təyin edilib.

Pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Hadisə nəticəsində 1984-cü il təvəllüdlü (qadın) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.

Seçilən
39
4
modern.az

5Mənbələr