AZ

Hakimiyyətdən getməyəcəyik - Pezeşkian

İqtisadi problemlər qarşısında hakimiyyətdən getmək barədə danışmamalıyıq. Qalıb, bizi dayandırmaq istəyənlərə qarşı duracağıq.

Axar.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

O, Ticarət Palatasının üzvləri ilə görüşündə hökumətin qanunverici, icraedici və məhkəmə sistemi arasında kordinasiyalı əməkdaşlığın olduğunu söyləyib:

“Hazırda hökumətin üç qolunun rəhbərləri arasında ən yüksək səviyyədə koordinasiya mövcuddur və hər üç qol ölkənin istehsal və iqtisadi sektorlarının problemlərini fəal şəkildə həll etməyə çalışır”.

Seçilən
9
6
axar.az

8Mənbələr