AZ

Azərbaycan filmləri müxtəlif mükafatlara layiq görülüb

ain.az, 525.az saytına istinadən bildirir.

Qazaxıstanın Aktau şəhərində baş tutan 5-ci "Korkut Ata" Türk Dünyası Film Festivalında Azərbaycan filmləri mükafatlara layiq görülüb.

525.az xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi festival çərçivəsində filmlərinnümayişi, yaradıcı görüşlər və kino müzakirələri təşkil olunub.

Festivalın ikinci günündə TÜRKSOY-a üzv ölkələrin kino qurumları rəhbərlərinin iştirakı ilə sammit baş tutub. Sammitdə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin nümayəndə heyəti də iştirak edib.

Bundan başqa, Qazaxıstan və Azərbaycan arasında "Kinematoqrafiya sahəsində əməkdaşlıq" memorandumu imzalanıb.

Festivalın sonuncu günündə təntənəli bağlanış mərasimi keçirilib. Yekun nəticələrə əsasən, Azərbaycan filmləri bir neçə nominasiyada mükafatlara layiq görülüb.

Belə ki, "Tağıyev: Neft" bədii filmi – Tammetrajlı film kateqoriyasında "Ən yaxşı aktyor" nominasiyası, "Bəlkə də" bədii filmi Tammetrajlı film kateqoriyasında "Ən yaxşı ssenari" nominasiyası, "Nargin" bədii-sənədli filmi Sənədli film kateqoriyasında "İkinci yer" mükafatına layiq görülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
5
525.az

6Mənbələr