AZ

Naxçıvanda halal sənayenin inkişafı üçün əlverişli şərait yaranacaq - AQTA rəhbəri


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli II Azərbaycan Halal Biznes (AZHAB) Forumunda bəyan edib ki, Azərbaycanın işğaldan azad olunmuş əraziləri və Naxçıvan Muxtar Respublikasında halal sənayenin inkişafı üçün çox əlverişli şərait yaranacaq.
Onun sözlərinə görə, bu, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən xəstəlikdən azad zonalar elan olunandan və həmin xəstəlikdən azad zonalarda xüsusilə təhlükəli heyvan xəstəliklərindən azad status əldə olunduqdan sonra mümkün olacaq. SİTAT: "Fürsətdən istifadə edərək Azərbaycan sahibkarlarını həm Naxçıvan Muxtar Respublikasında, həm də işğaldan azad olunmuş ərazilərdə bu işdə yaxından iştirak etməyə dəvət edirəm".

Mətləb

Seçilən
94
1
baki-xeber.com

2Mənbələr