AZ

Nobel mükafatı aldı, xəbəri yoxdur

Tibb üzrə 2025-ci il Nobel Mükafatının üç qalibindən biri Fred Ramsdell hələ də mükafatından xəbərsiz görünür - Nobel Komitəsi onunla əlaqə saxlaya bilməyib.

Axar.az xəbər verir ki, bu barədə “Quardian” məlumat yayıb.

Onun həmkarının sözlərinə görə, alim “ən yaxşı həyatı yaşayır” və şəbəkədən kənarda qalaraq Aydahoda bel çantası ilə gəzir.

Qeyd edək ki, mükafat həm də immun tolerantlıq sahəsində kəşflərinə görə Meri Brunkov və Şimon Sakakuçiyə verilib.

Seçilən
21
2
axar.az

3Mənbələr