AZ

AMEA-da Gənclər Akademiyası yaradılacaq

BAKI, 7 oktyabr. TELEQRAF

“Hansı ölkə elmdə birincidirsə, dünyada da birincidir”

Teleqraf xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli AMEA-nın 80 illik yubileyi münasibətilə Bakı Dövlət Universitetində keçirilən tədbirdə səsləndirib.

Akademiya rəhbəri bildirib ki, bir ölkənin elmdə tutduğu mövqe onun dünyadakı yerini müəyyənləşdirir:

“Elmdə neçənci yerdəsənsə, dünyada da o yerdəsən. Elmin təşkili və inkişafı məhz Akademiyanın yaradılması ilə başlayıb. AMEA bu istiqamətdə mütəmadi olaraq islahatlar aparır”.

İsa Həbibbəyli əlavə edib ki, sovet dövründə Azərbaycan tarixi, şəxsiyyətləri və qəhrəmanları unudulmağa məruz qalıb:
“Sovet hakimiyyəti dövründə milli kimliyi unutdurmaq siyasəti aparılırdı. Səfəvilər dövləti, Ağqoyunlu və Qaraqoyunlu dövlətlərinin problemlərindən yazılırdı. Amma tarixi şəxsiyyətləri kənarda qalırdı. AMEA bu tarixi şəxsiyyətlərin və xalq qəhrəmanlarının tanıdılması istiqamətində vacib işlər görür. Bu, Akademiyanın həyata keçirdiyi əsas islahatlardan biridir. Həmçinin AMEA-da Gənclər Akademiyası yaradılcaq”.

Seçilən
71
teleqraf.com

1Mənbələr