AZ

AMB əhalinin borc yükünün artmasına münasibət bildirdi

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankının (AMB) əsas məqsədi izafiborclanmanın qarşısını almaqdır.

Trend xəbərverir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoruŞahin Mahmudzadə maliyyə sabitliyinə dair keçirilən mətbuatkonfransında bildirib.

"Biz borclanmaya qarşı deyilik, sadəcə borclanma sağlam formadaolmalıdır. Yəni, 5 manat gəliri olana 6 manat borc verilməməlidir",- baş direktor vurğulayıb.

O qeyd edib ki, AMB-nin bu istiqamətdə gördüyü tədbirlər dahaçox izafi borclanmanın qarşısını almaqdır: "Bununla bağlı daha sərttədbirlərdə görülə bilər. Əhalinin gəlirləri artıb, bunamünasibətdə borclanma da artıb. Ancaq region ölkələrindən aşağısəviyyədədir".

Qeyd edək ki, əhalinin borc yükünün sərəncamda qalan gəlirlərinənisbəti ötən ilin sonu ilə müqayisədə 0.5 faiz bəndi artaraq 18.5%olub. Banklar arasında keçirilən kreditləşmə fəaliyyəti vəmaliyyələşmə mənbələrinə dair sorğunun nəticələrinə görə, bazarpayına əsasən, bankların 49%-i əhalinin borclanmasında dəyişiklikolmadığını, 50%-i isə orta dərəcədə artım olduğunu bildirib.

Məqalədə:
Seçilən
52
az.trend.az

1Mənbələr