İcarə əsasında "Monako"da çıxış edən Ansu Fati karyerasını Almaniyada davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, Dortmund "Borussiya"sı onun xidmətində maraqlıdır. Dortmund təmsilçisi onu birdəfəlik transfer etmək istəyir.

Bu barədə "Marca" nəşri məlumat yayıb.

Fati müqavilə ilə "Barselona"ya məxsusdur. Onun katalon klubu ilə 2028-ci ilin yayına qədər müqaviləsi var.

O, hazırda 5 qolla Fransa çempionatının bombardiridir.