"AZHAB Forumu Azərbaycanda və Cənubi Qafqaz regionunda halal ekosisteminin inkişaf etdirilməsi ölkəmizin iqtisadi inkişafı üçün qlobal halal sənayesinin potensialından faydalanmaq imkanı yaradır".
Paralel.az oxu.az-a istinadla xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov II Azərbaycan Halal Biznes (AZHAB) Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, dünyada halal iqtisadiyyat üç trilyon dollara yaxın bir bazarı əhatə edir. Amma halal dəyərin əsası rəqəmlərdə deyil, etimadda özünü göstərir:
"Halal ticarət vicdanlı sahibkarlığın yeni mərhələsidir. Əgər biz iqtisadi münasibətlərimizdə vicdanı, ədaləti və şəffaflığı qorusaq, qazancımız da, cəmiyyətimiz də halal olar. Halal ticarət - halal gələcək deməkdir!"