UFC320-dən sonra yeni P4P açıqlanıb.
Offsideplus.az xəbər verir ki, Maqomed Ankalayevi məğlub edən və kəmərin sahibi Aleks Pereyra 4 sıra yüksələrək 6-cı pilləyə yüksəlib.
Ankalayev isə 4 pillə geriləyib.
Siyahıya İliya Topuriya başçılıq edir. 2-ci yerdə İslam Maxaçev, 3-də isə növbəti dəfə kəmərini müdafiə edən Merab Dvalişvili yer alıb.