AZ

Braziliya hökumətindən “spirtli içki içməyin” çağırışı

Braziliya hökumətindən “spirtli içki içməyin” çağırışı

Braziliya hökumətinin “spirtli içki içməyin” çağırışından sonra ölkədəki barlarda alkoqol istehlakı təxminən 50% azalıb. Ölkə üzrə 225 şübhəli metanol zəhərlənməsi hadisəsi qeydə alınıb, onların 192-si Sao Paulo şəhərindədir. İki ölüm təsdiqlənib, 13 hadisə isə araşdırılır.

Rəsmi xəbərdarlıqlarda xüsusilə araq, cin və viski kimi içkilərin mənbəyi məlum deyilsə, içilməməsi tövsiyə olunub. Satışların azalması bar sahiblərinə də ciddi təsir göstərib.

Səhiyyə naziri Aleksandre Padilya etanolun (farmasevtik spirt) təminatını və antidot ehtiyatlarını artırmaq üçün tədbirlər görüldüyünü açıqlayıb.

Şübhəli içkilərlə məşğul olan müəssisələrə nəzarət gücləndirilib. Sao Pauloda 7 minə yaxın şübhəli içki butulkası müsadirə edilib və bəzi obyektlər müvəqqəti bağlanıb.

Seçilən
43
afn.az

1Mənbələr