AZ

Dünyanı təəccübləndirən olay Nobel mükafatı aldı, özü yoxa çıxdı

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

2025-ci ildə tibb üzrə Nobel Mükafatını qazanan alimlərdən Fred Ramsdell tapılmır.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri yazıb.

Bildirilib ki, alim hələ də mükafat qazandığından xəbərsizdir:

“O, Aydaho ştatında texnologiyanın olmadığı dağlıq bölgədə gəzintiyə çıxıb. Yaxınları alimlə əlaqə saxlaya bilməyiblər”.

Nobel Komitəsinin katibi Perlmann qeyd edib ki, Fred hazırda təbiətdən zövq alır.

Alimin yaxın dostu və iş ortağı Cefri Blyuston, “Ona zəng etdim, amma heç bir siqnal olmadı. O, Aydaho dağlarına gəzməyə getmiş ola bilər”, – deyə nəşrə açıqlama verib.

Qeyd edək ki, Ramsdell iki həmkarı ilə birlikdə immunitet sisteminin özünə zərər verməsinin qarşısını alan “tənzimləyici T hüceyrələri” nin əsaslı kəşfinə görə bu ilki mükafatı qazanıb.

Günel Cəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
globalinfo.az

1Mənbələr