AZ

Türk dövlətləri bölgənin sülh və sabitliyini təmin edən ən güclü zəmanətdir – Ersin Tatar

Qəbələ. Trend:

Türk dövlətləri fərqli sərhədləri və fərqli bayraqları təmsiledə bilər, lakin hamımız eyni tarix, inanc, dil və dastanlarınmirasçılarıyıq. Kipr Türk xalqı olaraq hər bir qardaş Türkdövlətinin bayrağında öz rəngimizi, hər bir marşında isə özduyğularımızı hiss edə bilirik. Məhz bu qəlb bağları bizləri birailə halına gətirir.

Trend xəbərverir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) PrezidentiErsin Tatar Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət BaşçılarıŞurasının 12-ci Zirvə Görüşündə çıxışı zamanı deyib.

E.Tatar bildirib ki, bu zirvənin tarixə qızıl hərflərlə yazılmışQarabağ Zəfərinin 5-ci ildönümünə təsadüf etməsi çox mənalıdır:

“Qardaş Azərbaycan xalqının qətiyyəti, cəsarəti və haqqmübarizəsi ilə qazandığı bu zəfər yalnız torpaqların azad olunmasıdeyil, eyni zamanda ədalət və milli iradənin qələbəsi, böyük Türkailəsinin ortaq qələbəsidir.

Qarabağ Zəfəri bizə bir daha göstərdi ki, Türk dünyası birlikdəolduqda qarşısına çıxan hər bir çətinliyi aşa bilər. Birlik vəhəmrəylik içində hərəkət edən Türk dövlətləri təkcə öztəhlükəsizliklərini deyil, həm də bölgənin sülh və sabitliyinitəmin edən ən güclü zəmanətdir. Biz Kipr Türk xalqı olaraqAzərbaycanın haqlı mübarizəsində hər zaman onun yanında olmuşuq vəolacağıq”.

ŞKTC Prezidenti vurğulayıb ki, Türk Dövlətləri Təşkilatı ortaqtarix, dil və mədəniyyətdən doğan qardaşlığı strateji əməkdaşlığaçevirmək üçün mühüm bir platformadır. Türk Dövlətləri 2040hədəfləri istiqamətində siyasi uyğunluğu, iqtisadi bütünləşməni,rəqəmsal inkişafı və insan resurslarını gücləndirməyə yönəlmiş birstrukturdur:

“Bu gün dünyada sülh yalnız regional və qlobal həmrəylik, eləcədə inklüziv ortaq qərar mexanizmləri ilə mümkün ola bilər. Bubaxımdan Türk Dövlətləri Təşkilatı təkcə regional deyil, qlobalsülhə də töhfə vermək missiyası daşıyır. Lakin dünya hazırda Soyuqmüharibədən sonrakı quruluşun çökməsi və yeni balansın hələformalaşmaması ilə müşayiət olunan çətin bir dövr yaşayır.Dövlətlərin zəifləməsi, miqrasiya, iqlim böhranı, texnolojidəyişikliklər, enerji və ticarət sahəsində artan rəqabət qlobaltəhlükəsizliyi daha da mürəkkəbləşdirir. Bu gün Qəzzada baş verəninsanlıq dramı mövcud beynəlxalq sistemin işə yaramadığının vəetibarlı olmadığının açıq sübutudur. Buna görə də ölkələrimiztəhlükəsizlik, böhranların idarə olunması və humanitar məsələlərdədə həmrəyliyini gücləndirməlidir”.

Dövlət başçısı əlavə edib ki, Şimali Kipr Türk Respublikası Türkdünyasının Şərqi Aralıq dənizindəki strateji qalasıdır. Coğrafibaxımdan Türk Dövlətləri Təşkilatının Avropa, Afrika və Yaxın Şərqəaçılan qapısıdır. Şimali Kipr təbii resurslar, daşıma və logistika,ali təhsil və tədqiqat, turizm, yaşıl enerji və rəqəmsaliqtisadiyyat sahələrində bir təbii qovşaq ola bilər.

“Biz Şərqi Aralıq dənizindəki Türk varlığının təmsilçiləriolaraq bu bölgədə Türk dünyasının enerji təhlükəsizliyi və sülhməqsədlərinə töhfə verməyə hazırıq.

Cənubi Kipr Respublikası adada sülh və sabitlik əvəzinəsilahlanma səylərini artırır. Sözdə sülh çağırışları etsələr də,silahlanmaya yönəlik xərcləri və bölgəyə kənar qüvvələrinyerləşdirilməsi adanın və regionun təhlükəsizliyinə təhdidyaradır.

Bu gedişatlar təkcə Kipr türklərini deyil, bütün Şərqi Aralıqdənizindəki sülh və sabitliyi təhlükə altına alır.

Şimali Kipr Türk Respublikası Türk dünyasının regiondakı haqqsəsini və sülh niyyətini təmsil edir. Beynəlxalq hüquqsuzluqlarabaxmayaraq, qurumsal strukturumuz, işlək demokratiyamız və inkişafedən iqtisadiyyatımızla gələcəyə inamla baxırıq”, - deyə o fikrinitamamlayıb.

Seçilən
52
2
az.trend.az

3Mənbələr