Hurriyyet.az xəbər verir ki, Roma papası XIV Lev apostol postunda ilk xarici səfərini Türkiyəyə edəcək, ardından Livana yollanacaq.
Bu barədə Vatikanın mətbuat xidmətinin rəhbəri Matteo Bruni məlumat verib.
Açıqlamada deyilir: "Ölkənin dövlət başçısının və kilsə hakimiyyətinin rəhbərliyinin dəvətini qəbul edən Roma papası XIV Lev 2025-ci il noyabrın 27-dən 30-na qədər Türkiyəyə apostol səfəri edəcək. Səfər zamanı o, Birinci Nikeya Kilsə Məclisinin 1700-cü ildönümü münasibəti ilə İzniki ziyarət edəcək".
Roma papası XIV Lev Livan rəhbərliyinin dəvəti ilə noyabrın 30-dan dekabrın 2-nə qədər həmin ölkədə səfərdə olacaq.
Hürr Tərcüman