Vatikan katoliklərin ruhani lideri və dövlət başçısı Papa XIV Leonun ilk xarici səfərini Türkiyəyə edəcəyini açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, 27–30 noyabr tarixləri arasında Papa İznik şəhərini ziyarət edəcək.
Ziyarət İznik Konsilinin 1700-cü ildönümünə həsr olunub. Vatikanın açıqlamasına əsasən, Papa Türkiyə səfərindən sonra 30 noyabr–2 dekabr tarixləri arasında Livana gedəcək.