AZ

Rikardo Apolinario: “Kəpəz”i autsayder kimi görmürəm” - MÜSAHİBƏ

"Əgər eyni fədakarlıq və keyfiyyətlə oynasaq, qələbə qazanmaq üçün yaxşı şansımız var".

Bunu “Şamaxı”nın portuqaliyalı yarımmüdafiəçisi Rikardo Apolinario futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

– Son oyunda “Qəbələ”yə qalib gəldiniz. Oyun haqda fikirləriniz necədir?

– Artıq əvvəlcədən bilirdik ki, çətin oyun olacaq. “Qəbələ” topa nəzarət etməyi sevir və çox yaxşı dinamika nümayiş etdirir. Oyuna çox yaxşı başladıq və birinci hissəni daha böyük hesabla başa vura bilərdik. İkinci hissədə, gözlənildiyi kimi, “Qəbələ” daha çox pressinq etməyə başladı və oyunu çevirməyə çalışdı. Keçidlərdə oyunu “bağlamaq” üçün imkanlarımız oldu, amma onlardan istifadə edə bilmədik. Ümumilikdə 90 dəqiqə ərzində qələbənin ədalətli olduğunu düşünürəm.

– Oyun öncəsi 3 xal gözləyirdinizmi?

– Əlbəttə. Biz çox intensiv və rəqabətcil komandayıq və həmişə 3 xal uğrunda mübarizə aparacağıq.

– Komanda çempionata 9 xalla başlayıb. Bunu yaxşı sayırsız?

– Düşünürəm ki, düzgün yoldayıq, amma bilirəm ki, bu komanda daha çoxunu etməyə qadirdir. Bəzi oyunlarda xallar toplaya bilmədik, halbuki buna çox yaxın idik. Amma bu, artıq keçmişdə qaldı, indi qarşıdakı oyunlara fokuslanıb çalışmaq lazımdır.

– Penaltidən qol vurdunuz…

– Bu penalti qolu idi və çox iş gördüyümü düşünmürəm. Amma ən vacibi odur ki, bu qol komandaya xal qazandırdı və ümid edirəm ki, daha çox qolla komandanın uğuruna töhfə verəcəm.

– Növbəti oyun “Kəpəz”ə qarşı olacaq. Onlar autsayderdirlər. Bu oyundan gözləntiniz necədir?

– Mən onları autsayder kimi görmürəm, çünki yaxşı komandaları var. Sadəcə hədəfləri üçün hələlik istədikləri xalları qazana bilməyiblər. Düşünürəm ki, bu, bizim üçün çox vacib oyun olacaq. Əgər eyni fədakarlıq və keyfiyyətlə oynasaq, qələbə qazanmaq üçün yaxşı şansımız var.

İdman.biz

Məqalədə:
Seçilən
16
1
idman.biz

2Mənbələr