İspaniyanın "Barselona" futbol klubunun ötən mövsüm üzrə maliyyə nəticələri açıqlanıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, "blauqrana" mövsümü 994 milyon avro gəlirlə başa vurub.
Buna baxmayaraq, "Barselona"nın xalis mənfəəti cəmi 2 milyon avro təşkil edib. Kataloniya klubu ardıcıl ikinci mövsümdə maliyyə ilini müsbət balansla başa vurub ki, bu da klubun iqtisadi sabitliyi baxımından önəmli göstərici sayılır.
Məlumatda bildirilir ki, komanda doğma "Kamp Nou" stadionunda oynamasa da, biletlərdən əldə olunan gəlir əvvəlki mövsümlə müqayisədə 39 milyon avro artıb.
Bundan əlavə, "Barselona" sponsorluq gəlirləri baxımından da tarixi rekorda imza atıb. Belə ki, klubun "Nike" ilə imzaladığı yeni müqavilənin dəyəri 259 milyon avro təşkil edir.
Hazırda "Barselona" La Liqanın cari mövsümündə 8 turdan sonra 19 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb.