AZ

"Direktorun xəbəri olmadan heç bir müəllim pul yığımı ilə məşğul ola bilməz" - İlqar Orucov

"Məktəblərdə istər Müəllimlər Günü, istərsə də hər hansı əlamətdar günlə bağlı, yaxud belə bir gün olmasa belə, pul yığılması və ya pul tələb edilməsi birmənalı şəkildə qəbuledilməzdir. Bu, nə təhsil adına, nə də məktəb adına yaraşan hərəkət deyil".TehsilForumu.Az xəbər verir ki, fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti İlqar Orucov Beynəlxalq Müəllimlər Günü ilə bağlı yayılan səs yazılarından danışarkən bildirdi."Mən də açığı, bir neçə belə səs yazılarına rast gəlib dinləmişəm və onları ürək ağrısı ilə dinləmişəm. Çünki məktəb, təbii ki, tərbiyə müəssisəsidir. Bu kimi hallar uşaqların tərbiyəsinə birbaşa və mənfi təsir göstərən hallardandır", - deyə o, qeyd etdi.Müsahibimiz əlavə etdi ki, məktəbdə işləyən müəllim və ya hər hansı rəhbər şəxs gördüyü işin müqabilində müvafiq əməkhaqqı alır:

Seçilən
124
tehsilforumu.az

1Mənbələr