AZ

Moskvanı ikinci dəfə məğlub etdi, səssizlik pozuldu Yeni cəbhə anonsu

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Oktyabrın 6-dan etibarən Moldova Vahid Avro Ödəniş Sahəsinə (SEPA) qoşulub. Ölkənin baş naziri Dorin Resean bu addımın Avropa İttifaqının (Aİ) bütün üzv dövlətləri, eləcə də Böyük Britaniya, İsveçrə, Andorra, Monako, San-Marino və Vatikan arasında avro ilə daha sürətli, təhlükəsiz və sərfəli pul köçürmələrini təmin edəcəyini bildirib.

Moldovanın SEPA-ya qoşulması, eyni zamanda, ölkənin Aİ-yə inteqrasiya yolunda atdığı mühüm addım kimi qiymətləndirilir.

Kişinyovun bu qərarı Moskvanın bölgədəki mövqeyinə necə təsir göstərə bilər?

Globalinfo.az-a danışan politoloq Asif Nərimanlı deyib ki, Moldovanın SEPA-ya qoşulması onun Aİ-yə inteqrasiyası istiqamətində növbəti mərhələ kimi dəyərləndirilir:

“Bu, Moskvanın həm Kişinyov üzərindəki təsir imkanlarını azaldır, həm də ümumilikdə bölgədəki mövqelərini zəiflədir. Moldovada son seçkilərin nəticəsi Rusiya-Qərb qarşıdurmasında Kremlin məğlubiyyəti ilə yekunlaşdı. Bu, gözlənilən idi. Çünki ölkə daxilində müəyyən siyasi dairələr Rusiya yönümlü olsa da, ictimai rəy əsasən Avropa İttifaqına inteqrasiya tərəfdarıdır.

Ukraynada aparılan müharibə Moldovalılar üçün mühüm siqnal rolunu oynayıb. Eyni zamanda, Qərbin Moldova cəmiyyətindəki təsirini artırmaq üçün göstərdiyi səylər də seçki nəticələrinə ciddi təsir göstərib.

Rusiya üçün hazırda Ukraynadakı müharibə əsas prioritetdir. Buna görə də Moldovada təsir imkanlarının zəifləməsi Moskva üçün qısamüddətli dövrdə o qədər də vacib görünmür. Hazırda Kremlin əsas məqsədi Moldovada ona yaxın qüvvələrin mövcudluğunu qoruyub saxlamaqdır. Bu səbəbdən Rusiya aqressiv siyasətdən çəkinir və gözləmə mövqeyində qalır”.

Asif Nərimanlı

Asif Nərimanlı qeyd edir ki, Dnestryanı problemi Rusiya üçün hələ də prioritet olaraq qalır:

“Kreml bu kontekstdə vəziyyəti dəyişdirmək üçün irəlidə yeni addımlar ata bilər. Hazırkı hakimiyyətin Avropaya inteqrasiya prosesi daha da sürətlənəcək. Bu, Moldovanın Aİ-yə üzvlüyü baxımından həlledici amil ola bilər. Əgər Avropa İttifaqı inteqrasiyanı dəstəkləyərək bu ölkələrin üzvlüyünə yaşıl işıq yandırsa, ittifaqın bölgədə nüfuzu güclənəcək. Əks halda, Avropaya inam azalacaq və rusyönümlü qüvvələrin mövqeləri güclənəcək.

Moskva Moldovada Qərbə qarşı yeni cəbhə də aça bilər. Bu, hadisələrin inkişafına və beynəlxalq siyasi dinamikanın necə dəyişəcəyinə bağlı olacaq”.

Safura Bənnayeva

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
globalinfo.az

1Mənbələr