AZ

"Real" Rodrinin transferi üçün 150 milyon ayırmağa hazırdır

İspaniyanın "Real Madrid" klubu "Mançester Siti"nin yarımmüdafiəçisi Rodrinin transferi ilə maraqlanır.

90deqiqe.Az “TEAMtalk”a istinadən xəbər verir ki, Madrid təmsilçisi "Qızıl top"un sahibi olan ispan futbolçu üçün təxminən 150 milyon avro ödəməyə hazırdır.

Lakin "Mançester Siti" Rodrini satmağı planlaşdırmır və heç bir təklifə baxmaq niyyətində deyil.

"Şəhərlilər" Rodrini komandada həlledici fiqur kimi görməyə davam edir və onun transferi gündəmdə deyil.

29 yaşlı futbolçunun "Mançester Siti" ilə mövcud müqaviləsi 2027-ci ilin ortalarınadək qüvvədədir. Rodri İngiltərə klubunun heyətində indiyədək 272 oyunda meydana çıxıb, 26 qol vurub və 32 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
17
90deqiqe.az

1Mənbələr