AZ

Qarın ağrısı ilə gəldi, körpə ilə QAYITDI: 16 yaşlı qız hamilə olduğunu bilmədən uşaq DOĞDU

Türkiyədə 16 yaşlı qız hamilə olduğunu bilmədən uşaq dünyaya gətirib.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Türkiyənin Zonguldak şəhərində 16 yaşlı qız qarın ağrısı şikayətilə xəstəxanaya müraciət edib, lakin həkimlər onun doğuş zamanı olduğunu müəyyənləşdiriblər.

Məktəbli qız anası ilə birlikdə xəstəxanaya gedib və problemimin mədəsiylə bağlı olduğunu düşünüb.

Müayinə zamanı isə məlum olub ki, o, hamilədir və doğuş başlayıb.

Doğuş uğurla başa çatıb — həm ana, həm də oğlan uşağı sağlamdır. Qızın anası isə hadisəni öyrənəndə huşunu itirib.

Yeniyetmə bildirib ki, “heç kimlə münasibətdə olmayıb”.

Hadisə ilə bağlı polis araşdırma aparır, ana və körpə dövlətin mühafizəsinə götürülüb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
16
1
interpress.az

2Mənbələr