AZ

Almaniyada bıçaqlanan şəhər meri kritik vəziyyətdədir

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 7 oktyabr, AZƏRTAC

Almaniyanın Rur bölgəsindəki Herdeke şəhərinin yeni seçilmiş meri çoxsaylı bıçaq xəsarətləri alıb və onun həyatı təhlükədədir.

AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, “Bild” qəzeti Rur bölgəsinin Herdeke şəhərinin meri seçildikdən sonra noyabr ayında vəzifəyə başlaması planlaşdırılan sosial-demokrat 57 yaşlı İris Ştaltserin qarnından və kürəyindən ağır bıçaq xəsarətləri aldığını yazıb. Həkimlər siyasətçinin vəziyyətini kritik qiymətləndirirlər.

“Herdekedə dəhşətli hadisə ilə bağlı xəbər aldıq”, - deyə Almaniya Kansleri Fridrix Merts sosial mediada yazıb. “Təcili olaraq araşdırma aparılmalıdır. Biz gələcək merin həyatı üçün qorxuruq və onun tam sağalacağına ümid edirik”.

On üç bıçaq yarası olan Staltseri oğlu onu mənzilində tapıb, – deyə “Tagesspiegel” dəqiqləşdirir. Huşunu itirməzdən əvvəl mer küçədə bir neçə kişinin hücumuna məruz qaldığını bildirib. Nəşr yazır ki, qadın xəstəxanaya yerləşdirilib və həkimlər onun həyatı üçün mübarizə aparırlar.

Cinayətin motivi bəlli deyil. Polis hücumun Staltserin siyasi karyerası ilə əlaqəli olması ehtimalını istisna etmir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
3
azertag.az

4Mənbələr