AZ

Pəncərələri bağlı saxlayın: Evləri həşəratlar basdı

Son zamanlar Balakən, Zaqatala bölgəsində evlərə və həyətlərə müxtəlif böcək və həşəratlar dolub. Sakinlər bildirirlər ki, nə evlərində rahat yata bilirlər, nə də yemək yeyə. 

Bəs çıxış yolu nədir? 

Milli.Az xəbər verir ki, sakinlərin sözlərinə görə, bu həşəratlar sentyabr ayının sonlarından başlayaraq qışlamaq üçün Gürcüstan, Türkiyədən ölkəmizə gəlirlər. Əsasən isə meyvə bağlarında daha çox rast gəlinir. 

Mütəxəssislər deyir ki, qəhvəyi rəngdə bu həşəratlar insanlar üçün psixoloji mənfi təsirləri ola bilər. Onlar özlərindən xüsusi şirə ifrazat eləyirlər. Allergiyası olan insanlarda isə müxtəlif mənfi fəsadlar törədə bilərlər. Onlar əsasən, isti binalarda, çardaqlarda yaşayırlar. 

Qeyd edək ki, beynəlxalq təcrübədə qəhvəyi mərmər həşəratı mübarizədə aldadıcı tələlərdən süni yaradılmış sığınacaq yerlərindən istifadə olunur. Həmçinin, bu həşəratların binalara girişinin qarşısını almaq üçün pəncərələr də torlanmalıdır. Həmin həşaratları isə tozsoranla təmizləmək olar. 

Asya
Milli.Az

Seçilən
22
1
milli.az

2Mənbələr