AZ

"Quba"nın baş məşqçisi kim olacaq? - "Elman Sultanov namizədlər arasındadır, amma..."

2-ci Liqa təmsilçisi "Quba"nın prezidenti Ayaz Abdullayev baş məşqçi Elvin Həsənovun komandadan getdiyini təsdiqləyib.

Klub funksioneri Fanat.Az-a açıqlamasında bu ayrılığı belə əsaslandırmağa çalışıb:

"Gedən futbolçularla yanaşı, baş məşqçi Elvin Həsənov da bizimlə deyil. Onun konkret təklifi var idi. Bunu bizə deyib getmək istəyini bildirdi, razılıq verdik. Ona yeni işində uğurlar arzulayırıq. Yaxında yeni məşqçimiz ilə bağlı qərar verəcəyik. Bir neçə variant var. Elman Sultanov? Bəli, o da namizədlər arasındadır. Amma hələ qərar verməmişik. Yaxın günlərdə məsələyə aydınlıq gələcək". 

Qeyd edək ki, 4 turdan sonra hesabında 7 xal olan "Quba" hazırda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Mirağa

Seçilən
4
1
fanat.az

2Mənbələr