AZ

Azərbaycanın valyuta ehtiyatları 80 milyard dollara çatıb

Azpost saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycanın valyuta ehtiyatları 80 milyard dollara çatıb.

Trend xəbər verir ki, bunu Azərbaycanın Maliyyə Nazirinin birinci müavini Anar Kərimov Bakıda “Halal Business Forum” forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, dünyada İslam maliyyəsi dinamik şəkildə inkişaf edir və onun ümumi həcmi artıq 4 trilyon ABŞ dollarını ötüb. Ədalət, risklərin bölüşdürülməsi və aktivlərlə təminat prinsiplərinə əsaslanan İslam maliyyəsi sabit və etik maliyyə sisteminin formalaşmasına töhfə verir.

Ə.Kərimovun sözlərinə görə, Azərbaycan makroiqtisadi sabitliyin və şəffaflığın möhkəmləndirilməsi sahəsində mühüm nailiyyətlər əldə edib.

“Dövlət başçısının rəhbərliyi altında biz səmərəlilik, büdcə intizamı və rəqəmsallaşmaya əsaslanan bir sistem qurmuşuq. Bu gün Azərbaycan büdcə şəffaflığı üzrə dünya reytinqində 23-cü yeri tutur”, – deyə o vurğulayıb.

Nazir müavininin sözlərinə görə, ölkənin valyuta ehtiyatları təxminən 80 milyard ABŞ dolları təşkil edir, xarici dövlət borcu isə təqribən 5 milyard dollardır.

“Ehtiyatlarımız borcumuzu 16 dəfə üstələyir”, – deyə Ə.Kərimov bildirib.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
5
azpost.info

6Mənbələr